“TBC Credit”in manatla buraxdığı istiqrazlar dövlət qeydiyyatına alınıb

“TBC Credit”in manatla buraxdığı istiqrazlar dövlət qeydiyyatına alınıb Qiymətli kağızların illik gəlirliliyi 15%, tədavül müddəti 2 ildir
Maliyyə
27 Yanvar , 2017 17:01
“TBC Credit”in manatla buraxdığı istiqrazlar dövlət qeydiyyatına alınıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası “TBC Credit” MMC Bank Olmayan Kredit Təşkilatının (BOKT) istiqraz emissiyasını (AZ2003019166) dövlət qeydiyyatına alıb. Bu barədə “Report”a Palatadan bildirilib.

Məlumata görə, emissiya hər birinin nominal dəyəri 100 manat olan 10 min ədəd (1 mln. manat) faizli, təmin edilməmiş istiqrazın buraxışılını nəzərdə tutur.

İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Qiymətli kağızların illik gəlirliliyi 15%, tədavül müddəti 2 ildir. Emissiyanın anderrayteri "PAŞA Kapital" investisiya şirkətidir. 

Xatırladaq ki, "TBC Credit" 1999-cu ildə yaradılıb, Azərbaycanın aparıcı qeyri-bank kredit təşkilatlarından biridir. Onun nizamnamə kapitalı 10 mln. ABŞ dollarıdır. BOKT-un təsisçiləri qismində 75%-lik iştirak payı ilə Gürcüstanın aparıcı bankı olan "TBC Bank", eləcə də 25%-lik iştirak payı ilə ABŞ-ın "Enclude Holding"i (sabiq "ShoreBank International") çıxış edir.  

Son xəbərlər

Orphus sistemi