Taleh Kazımov: "Sığorta şirkətlərinə SMS-lərlə bağlı iradımızı bildirmişik"

Taleh Kazımov: "Sığorta şirkətlərinə SMS-lərlə bağlı iradımızı bildirmişik" Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta şirkətlərinə SMS-lərlə bağlı iradımızı bildirib.
Maliyyə
23 iyun 2023 08:55
Taleh Kazımov: Sığorta şirkətlərinə SMS-lərlə bağlı iradımızı bildirmişik

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta şirkətlərinə SMS-lərlə bağlı iradlarını bildirib.

"Report" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.

"Sığorta şirkətlərinin belə bir hüququ yoxdur ki, əhaliyə SMS göndərsin və bildirsin ki, icbari sığortanız olmasa cərimələnəcəksiniz. Bu səlahiyyət müvafiq dövlət orqanlarına aiddir. Biz mütəmadi olaraq istehlakçılardan həmin narazılığı eşitmişik. Sığorta şirkətlərinə iradlarımızı bildirmişik ki, SMS-lər, eləcə də zənglər onların səlahiyyətində deyil", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi