Taleh Kazımov: “Bank sektorunun dayanıqlılığı diqqətdə saxlanılır”

Taleh Kazımov: “Bank sektorunun dayanıqlılığı diqqətdə saxlanılır” Valyuta kreditlərinin payı 19 %-ə enib, bu da tarixi minimumdur
Maliyyə
13 noyabr 2023 10:52
Taleh Kazımov: “Bank sektorunun dayanıqlılığı diqqətdə saxlanılır”

Azərbaycanda bank sektorunun dayanıqlılığı diqqətdə saxlanılır.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

T. Kazımov bildirib ki, hazırda sektorda kapital mövqeyi minimum tələbi iki dəfə üstələyir: “Sahibkarların maliyyə imkanlarına çıxışı genişləndirilir. Bu ilin 9 ayında bankların kredit portfeli 14 %, biznes kreditlərin həcmi isə 11 % artıb”.

Baş bankirin sözlərinə görə, biznes kreditləri bankların ümumi kredit portfelinin 54 %-ni təşkil edir: “Valyuta kreditlərinin payı 19 %-ə enib, bu da tarixi minimumdur. Kredit portfelinin keyfiyyəti qənaətbəxşdir. Qeyri-işlək kreditlərin ümumi kredit portfelinin 3,5 %-i səviyyəsinə enib. Bank sektoruna və milli valyutaya inam artıb. Cari ilin 9 ayında manatla olan əhalinin əmanətləri 15,6 % və ya 1,1 milyard manat artaraq 8 milyard manat təşkil edib”.

Son xəbərlər

Orphus sistemi