Taleh Kazımov: "Azərbaycan Beynəlxalq Bankı"nın açıq valyuta mövqeyi tam bağlanılıb"

Taleh Kazımov: "Azərbaycan Beynəlxalq Bankı"nın açıq valyuta mövqeyi tam bağlanılıb" Azərbaycan Mərkəzi Bankının (AMB) 236 milyon ABŞ dollarlıq valyuta satışı Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmişdən qalan qısa açıq valyuta mövqeyi tam bağlanılıb.
Maliyyə
29 İyul , 2022 13:38
Taleh Kazımov: Azərbaycan Beynəlxalq Bankının açıq valyuta mövqeyi tam bağlanılıb
Taleh Kazımov

Azərbaycan Mərkəzi Bankının (AMB) 236 milyon ABŞ dolları məbləğində valyuta satışı ilə "Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC-nin keçmişdən qalan qısa açıq valyuta mövqeyi tam bağlanılıb.

“Report” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov onlayn rejimdə keçirdiyi mətbuat konfransında bildirib.

"Biz öz rezervlərmizindən bu məbləğdə valyutanı satdıq ki, ABB valyuta mövqeyini bağlasın. Hazırda Azərbaycan maliyyə sektorunda bu vəziyyyət heç bir bankda müşahidə olunmur. ABB-nin çıq valyuta mövqeyi bağlanılıb və bütün prudensial normativlərin tələblərinə riayət olunur. Valyuta mövqeyimizi 2 aya bərpa edəcəyimizi proqnozlaşdırsaq da, artıq 1 aya bərpa etdik. Bu addım sadəcə, maliyə sektorunu dəstəkləmək üçün atılıb”.

ABB-nin uzun müddət davam edən qısa açıq valyuta mövqeyi problemi bankın restrukturizasiya prosesi nəticəsində yaranıb.

Son xəbərlər

Orphus sistemi