Tailand kriptovalyutalara nəzarəti sərtləşdirir

Tailand kriptovalyutalara nəzarəti sərtləşdirir Bakı. 8 noyabr. REPORT.AZ/ Tailandın Baş nazir müavini Visanu Kre Nqam ölkədə kriptovalyutalara daha sərt nəzarət olunmasına çağırıb.
Maliyyə
8 Noyabr , 2018 13:22
Tailand kriptovalyutalara nəzarəti sərtləşdirir
CNBC
0 : 00
0 : 00

Bakı. 8 noyabr. REPORT.AZ/ Tailandın Baş nazir müavini Visanu Kre Nqam ölkədə kriptovalyutalara daha sərt nəzarət olunmasına çağırıb.

“Report” RBK-a istinadən xəbər verir ki, ölkə rəhbərliyinin qənaətincə, rəqəmli pullar sahəsindəki mövcud tənzimləmə tədbirləri sənayenin inkişafını dəstəkləmək, istifadəçiləri cinayətlərdən qorumaq üçün kifayət etmir.

Baş nazir müavini sözügedən sahədəki yeni cərəyanlarla ayaqlaşmaq, istehlakçıların mənafelərini qorumaq üçün istər ölkə daxilində, istərsə də xaricdə yeni qaydalar tətbiq etməyin vacibliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi