Tahir Mirkişili: "Son 5 ildə sosialyönümlü xərclər 4,4 milyard manat artıb"

Tahir Mirkişili: "Son 5 ildə sosialyönümlü xərclər 4,4 milyard manat artıb" Son 5 ildə Azərbaycanın dövlət büdcəsinin sosialyönümlü xərcləri 4,4 milyard manat artıb.
Maliyyə
24 May , 2023 11:05
Tahir Mirkişili: Son 5 ildə sosialyönümlü xərclər 4,4 milyard manat artıb

Son 5 ildə Azərbaycanın dövlət büdcəsinin sosialyönümlü xərcləri 4,4 milyard manat artıb.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qurumun bugünkü iclasında müzakirə edilən "2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini təqdim edərkən bildirib.

Onun sözlərinə görə, təkcə ötən il büdcə xərclərinin 36,1 %-ni və yaxud 11 576,9 milyon manatını sosialyönümlü xərclər təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 1 280,3 milyon manat və yaxud 12,4 % çoxdur.

"2018-ci ilə nisbətən isə sosialyönümlü xərclərin büdcə xərclərində xüsusi çəkisi 4,4 faiz bəndi artıb, məbləğ olaraq isə 4 380,4 milyon manat və yaxud 1,6 dəfə artım olub", - deyə deputat qeyd edib.

"2022-ci ildə sosialyönümlü xərclərə aid olan əməyin ödənişi xərclərinə 7 465,7 milyon manat (2021-ci illə müqayisədə 970,7 milyon manat və yaxud 14,9 % çox), sosial ödənişlər üzrə xərclərə 3 550,7 milyon manat (2021-ci illə müqayisədə 309,6 milyon manat və yaxud 9,6 % çox), ərzaq məhsullarının alınması və təminatı üzrə xərclərə 466,5 milyon manat (2021-ci illə müqayisədə 69,6 milyon manat və yaxud 17,5 % çox), dərman, sarğı ləvazimatlarının və materiallarının alınması xərclərinə 94,1 milyon manat vəsait yönəldilib", - deyə T.Mirkişili qeyd edib.

Son xəbərlər

Orphus sistemi