Tahir Mirkişili: “Sahibkarın hökmran mövqeyinə görə cərimə tətbiq edilməyəcək”

Tahir Mirkişili: “Sahibkarın hökmran mövqeyinə görə cərimə tətbiq edilməyəcək” ​​​​​​​Azərbaycanda qəbul edilməsi gözlənilən Rəqabət Məcəlləsinin sahibkarlıq subyektinin hökmran mövqeyə sahib olmasına cərimə tətbiq edilməsi nəzərdə tutulmur.
Maliyyə
28 Sentyabr , 2023 14:06
Tahir Mirkişili: “Sahibkarın hökmran mövqeyinə görə cərimə tətbiq edilməyəcək”
Tahir Mirkişili

Azərbaycanda qəbul edilməsi gözlənilən Rəqabət Məcəlləsinin sahibkarlıq subyektinin hökmran mövqeyə sahib olmasına görə cərimə tətbiq edilməsi nəzərdə tutulmur.

"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitənin sədri Tahir Mirkişili deyib.

"Elə başa düşülməməlidir ki, hansısa şirkət hökmran mövqedə olsa, dövlət onu cərimələyir. Belə hal yoxdur. Bütün cərimələr sahibkarlıq subyektinin hərəkətlərinə görə tətbiq eidlir”, - deyə o bildirib.

Onun sözlərinə görə, əgər hökmran mövqeyə çatan şirkət heç bir qaydanı pozumursa, ona cərimə tətbiq edilmir: “Amma o qaydaları pozursa, yəni qiymətləri süni şəkildə artırısa, başqaları ilə razılaşaraq bazara digər şəxsi buraxmırsa, ona cərimə tətbiq edilir. Tutalım, şirkətin bazarda 90 % payı varsa, amma heç bir qaydanı pozmursa, cərimələnmir".

Son xəbərlər

Orphus sistemi