Tahir Mirkişili “Büdcə sistemi haqqında” qanundan danışdı

Tahir Mirkişili “Büdcə sistemi haqqında” qanundan danışdı Tahir Mirkişili “Büdcə sistemi haqqında” qanundan danışdı
Maliyyə
958
5 Avqust , 2020 15:11
Tahir Mirkişili “Büdcə sistemi haqqında” qanundan danışdı
Tahir Mirkişili

“Büdcə sistemi haqqında” qanunun 23.3-cü maddəsinə əsasən dövlət büdcəsinin icrası prosesində büdcənin gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsi yarandıqda mayın 15-dən tez və oktyabrın 15-dən gec olmayaraq cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Milli Məclis qarşısında məsələ qaldırıla bilər.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında deyib.

"Qanunun 23.4-cü maddəsinə əsasən isə dövlət büdcəsinin icrasında ahəngdarlığın, habelə onun gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsi yarandıqda büdcənin təsdiq olunmuş xərclərinin çatışmayan hissəsinin təmin edilməsi məqsədilə büdcə qaydasının tətbiqinin dayandırılması barədə qanunvericilik təşəbbüsü qaydasında oktyabrın 25-dən gec olmayaraq məsələ qaldırıla bilər”- deyə, komitə sədri əlavə edib.

Orphus sistemi