Tahir Mirkişili: "Bəzi sahələrdə azalma təbii və gözləniləndir"

Tahir Mirkişili: "Bəzi sahələrdə azalma təbii və gözləniləndir" Bu ilin yanvar-may aylarında Azərbaycanın idxalı 26,7%, ixracı isə 25,3% azalıb. Bu da təbiidir.
Maliyyə
151
12 İyun , 2020 12:11
Tahir Mirkişili: Bəzi sahələrdə azalma təbii və gözləniləndir

"Bu ilin yanvar-may aylarında Azərbaycanın idxalı 26,7%, ixracı isə 25,3% azalıb. Bu da təbiidir". 

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

"Yük və sərnişin daşımalarında da azalma müşahidə olunub, hər iki göstərici müvafiq olaraq 10,3 və 24% azalıb. Fikir verirsinizsə, azalmalar əsasən beynəlxalq bazar konyunkturasından asılı olan, Azərbaycan dövlətinin atdığı addımlardan asılı olmayan sahələrdə baş verib və gözləniləndir. Amma bununla yanaşı, ölkənin iqtisadi artımını və məşğulluğu təmin edəcək böyük potensiala malik sahələrdə artımın davam etməsi çox sevindirici haldır. Belə ki, bu ilin 5 ayında qeyri-neft-qaz sənayesinin 14% , kənd təsərrüfatı istehsalının 3,6%, büdcə gəlirlərinin 17% artması ölkəmizin çətin şəraitdə belə inkişaf potensialından xəbər verir”, - o qeyd edib. 

Komitə sədrinin sözlərinə görə, iqtisadi islahatların yaxşı mənimsəmiş sahələrdə iqtisadi artım davam edir.

Son xəbərlər

Orphus sistemi