Bakı. 28 sentyabr. REPORT.AZ/ “Kapital Bank” ASC-nin İdarə Heyətinin sədr müavini Nahid Zeynalov “SWIFT” Beynəlxalq Maliyyə Telekommunikasiya Cəmiyyətinin Azərbaycan üzrə “SWIFT” İstifadəçilər Qrupunun yeni sədri, Bankın Maliyyə İnstitutları şöbəsinin Beynəlxalq Əlaqələr üzrə meneceri Xəyalə Məmmədova isə qrupun katibi seçilib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) məlumatında bildirilir.
Məlumatda deyilir ki, bununla bağlı bu gün ABA-da bank nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə sözügedən vəzifələr üçün namizədlər təqdim edilib. Təkliflər geniş şəkildə müzakirə olunub və açıq səsvermə keçirilib. Nəticədə “SWIFT” cəmiyyətinin ölkədə fəaliyyət göstərən banklarla əməkdaşlıq münasibətlərinin effektivliyinin artırılması məqsədilə adı çəkilən şəxslər sədr və katib vəzifələrinə təsdiqlənib. Sonda iştirakçılar protokol imzalayaraq səsverməni rəsmiləşdirib.

