SWIFT banklardan pul oğurlandığını etiraf edib

SWIFT banklardan pul oğurlandığını etiraf edib Martda isə sistemdən 81 mln. dollar oğurlanmışdır
Maliyyə
31 Avqust , 2016 11:23
SWIFT banklardan pul oğurlandığını etiraf edib

Bakı. 31 avqust. REPORT.AZ/ SWIFT beynəlxalq banklararası informasiya mübadiləsi təşkilatı sistemə daxil olan bankların bu ilin iyun ayından etibarən yeni haker hücumlarına məruz qaldığını açıqlayıb. "Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın müştərilərinə xüsusi məktubunda qeyd olunub.

Məktubda bildirilir ki, hakerlər iyunda sistemi qırmağa cəhd ediblər və bu cəhdlərdən bəziləri müvəffəqiyyətlə nəticələnib. Hücumların inadcıl, adaptiv və dəqiq olduğu və hesablardan yanlış ödəniş əmrləri ilə pul transferləri üçün həyata keçirildiyi bildirilir. Nəticədə, bəzi banklar vəsait itkisi ilə üzləşib. Məktubda hansı bankdan nə qədər vəsaitin oğurlandığı açıqlanmır. Bankların müxtəlif bölgələrdən və müxtəlif ölçülərdə olduğu qeyd olunur.

Xatırladaq ki, bu ilin mart ayında hakerlər Banqladeş Mərkəzi Bankından 951 mln. ABŞ dollarını oğurlamağa çalışıb. Əməliyyatların böyük hissəsi blok edilsə də, 81 mln. dollarlıq vəsait Filippində naməlum hesablara köçürülüb.

İstintaqı aparan məmurlar iyunda baş verən haker hücumlarında iştirak edənlərin Rusiya, Moldova və Qazaxıstandan olduqlarından şübhələndiklərini açıqlayıblar.

Son xəbərlər

Orphus sistemi