Suriyada üzərində Palmiradakı dağıdılmış məbədin barelyefinin təsviri olan banknot buraxılacaq

Suriyada üzərində Palmiradakı dağıdılmış məbədin barelyefinin təsviri olan banknot buraxılacaq Bu barədə Suriya Mərkəzi Banklnın “Facebook”da yayımladığı press-relizdə məlumat verilib
Maliyyə
25 Yanvar , 2021 16:03
Suriyada üzərində Palmiradakı dağıdılmış məbədin barelyefinin təsviri olan banknot buraxılacaq

Suriyanın Mərkəzi Bankı üzərində suriyalı əsgərin və terrorçular tərəfindən dağıdılan Palmiradakı məbədin barelyefinin təsvir olunduğu yeni 5 000 funtluq əsginasın dövriyyəyə buraxılacağını elan edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə bank feysbukda yayımladığı press-relizdə məlumat verib.

Qeyd olunub ki, yeni əsginasın dövriyyəyə buraxılmasının iqtisadiyyatda baş verən dəyişikliklər və bazar tələblərini ödəmək ehtiyacı ilə əlaqəlidir. Əsginas bir neçə dərəcəli qorunmaya malikdir.

5 000 Suriya funtu (Suriya Mərkəzi Bankının məzənnəsi ilə təxminən 4 ABŞ dolları – red.) dəyərindəki əsginasın ön tərəfində Suriya bayrağına hərbi salam verən əsgər təsvir olunub. Arxa tərəfdə isə Palmiradakı Baalşamin məbədindən barelyef əks olunub. Barelyef günəş, qartal və zeytun budağı ilə təsvir olunub. II əsrə aid məbəd 2015-ci ildə İŞİD yaraqlıları tərəfindən məhv edilib.

Son xəbərlər

Orphus sistemi