"Sumqayıt Təmir Tikinti"nin səhmləri 20% bahalaşıb

"Sumqayıt Təmir Tikinti"nin səhmləri 20% bahalaşıb Bu barədə Bakı Fond Birjası məlumat yayıb
Maliyyə
23 Noyabr , 2016 16:50
Sumqayıt Təmir Tikintinin səhmləri 20% bahalaşıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) "Sumqayıt Təmir Tikinti" ASC-nin səhmlərinin alqı-satqısı üzrə əqd bağlanılıb. 

Bu barədə "Report" BFB-yə istinadən xəbər verir.

Məlumata görə, əqd müəssisənin 40 səhminin təkrar bazarda realizə edilməsini nəzərdə tutur. Qiymətli kağızların nominal dəyəri 2 manat olsa da, onlar 20% baha - 2,4 manata alınıb-satılıb.

Xatırladaq ki, "Sumqayıt Təmir Tikinti" ASC 2002-ci ildə yaradılıb. Vergilər Nazirliyi müəssisənin nizamnamə kapitalını açıqlamır.

Son xəbərlər

Orphus sistemi