Sumqayıt Kimya Sənaye Parkı kotirovka sorğusu elan edib

Sumqayıt Kimya Sənaye Parkı kotirovka sorğusu elan edib Müsabiqə 2015-ci il üçün maliyyə-təsərrüfat fəaliyyətinin auditi ilə bağlı keçirilir
Maliyyə
2926
6 May , 2016 09:09
Sumqayıt Kimya Sənaye Parkı kotirovka sorğusu elan edib

Bakı. 6 may. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin “Sumqayıt Kimya Sənaye Parkı” MMC 2015-ci il üçün illik maliyyə-təsərrüfat fəaliyyətinin auditi xidmətinin satın alınması məqsədilə kotirovka sorğusu elan edib.

“Report” rəsmi qəzetə istinadən xəbər verir ki, kotirovka sorğusunda iştirak etmək üçün qiymət təklifi (nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərclər nəzərə alınmaqla) və digər zəruri sənədlər mayın 12-dək MMC-nin Bakı şəhəri, Xocalı prospekti,37 (“Demirchi Tower”) ünvanında yerləşən ofisinə təqdim edilməlidir.

Təklif zərfləri mayın 13-də açılacaq. Maraqlananlar müvafiq məlumatları MMC-nin ofisindən yazılı müraciət etməklə əldə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi