S&P: Koronavirus qlobal resesiyaya səbəb olacaq

S&P: Koronavirus qlobal resesiyaya səbəb olacaq Beynəlxalq reytinq agentliyi Standard & Poors (S&P) koronavirusun (COVİD 19) qlobal iqtisadiyyatda resesiyaya səbəb olacağını açıqlayıb.
Maliyyə
17 Mart , 2020 18:09
S&P: Koronavirus qlobal resesiyaya səbəb olacaq
google.az

Beynəlxalq reytinq agentliyi "Standard & Poors" (S&P) koronavirusun (COVİD 19) qlobal iqtisadiyyatda resesiyaya səbəb olacağını açıqlayıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “S&P” hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, koronavirusun qarşısının alınması üçün görülən tədbirlər qlobal səviyyədə resesiyaya səbəb olacaq. Bundan başqa, yaxın 1 ildə ABŞ-ın qeyri-maliyyə şirkətlərinin defolt dərəcəsi 10%-i keçəcək.

”Şirkətlərin əlindəki nağd pul vəsaitlərinin azalması, maliyyələşdirmənin çətinləşməsi və eyni zamanda neft qiymətlərinin ucuzlaşması nəticəsində yaranan şoklar səbəbindən bir çox şirkətin kredit nüfuzu zədələnəcək”, - agentliyin hesabatında qeyd edilib.

Son xəbərlər

Orphus sistemi