"Standard&Poor's" Rusiyanın kredit reytinqini yüksəldib

"Standard&Poor's" Rusiyanın kredit reytinqini yüksəldib Rusiya yenidən investisiya qoyula biləcək ölkəyə çevrilib
Maliyyə
24 Fevral , 2018 10:34
Standard&Poor's Rusiyanın kredit reytinqini yüksəldib

Bakı. 24 fevral. REPORT.AZ/ "Standard&Poor's" Beynəlxalq Reytinq Agentliyi Rusiyanın müstəqil kredit reytinqini "BBB-" səviyyəsinə yüksəldib.

"Report" "Kommersant" qəzetinə istinadən xəbər verir ki, bununla da Rusiya yenidən investisiya edilə biləcək ölkələr sırasına qatılıb. Xatırladaq ki, buna qədər Rusiyanın kredit reytinqi "BB-" olub. Agentlik, Rusiyanın reytinq üzrə proqnozunu isə "sabit" səviyyəsində saxlayıb.

Xatırladaq ki, 2014-cü il böhranından sonra "S&P" və "Moody's" reytinq agentlikləri Rusiyanın müstəqil kredit reytinqini investisiya üçün arzu edilməyən səviyyəyə endirib. Yalnız "Fitch" beynəlxalq reytinq agentliyi Rusiyanın kredit reytinqini sabit saxlayıb. Qlobal maliyyə bazarlarında bu, 3 kredit reytinqi agentliklərindən 2-si hər hansı bir ölkənin reytinqini investisiya olunması arzu edilməyən səviyyəyə endirdiyində, investorlar bu ölkənin istiqrazlarına investisiyalarını dayandırır.

Analitiklər açıqlanan qərarın Rusiyaya investisiya axınını artıracağını və Rusiyanın borclanmasını aşağı salacağını bildirirlər.

Son xəbərlər

Orphus sistemi