“Standard & Poor's” ABŞ-ın iqtisadi artım proqnozunu azaltdı

“Standard & Poor's” ABŞ-ın iqtisadi artım proqnozunu azaltdı “Standard & Poor's” (S&P) beynəlxalq kredit reytinq agentliyi Çində yayılmış koronavirusun ABŞ iqtisadiyyatı üçün əlamətdar tərs külək yaratdığını bildirərək ölkənin iqtisadi artım proqnozunu azaldıb.
Maliyyə
4 Mart , 2020 10:37
“Standard & Poor's” ABŞ-ın iqtisadi artım proqnozunu azaltdı
google.az

“Standard & Poor's” (S&P) beynəlxalq kredit reytinq agentliyi Çində yayılmış koronavirusun ABŞ iqtisadiyyatı üçün "əlamətdar tərs külək" yaratdığını bildirərək ölkənin iqtisadi artım proqnozunu azaldıb. 

“Report” xarici mətbuata istinadən xəbər verir ki, agentlik bu ilin ilk rübündə ABŞ-da ümumi daxili məhsulun (ÜDM) 1% artacağını proqnozlaşdırır. 

Bundan əvvəl isə proqnoz göstəricisi 2,2% olub. 

S&P bu ilin II rübü üçün isə iqtisadi artım proqnozunu dəyişməyib və 1% saxlayıb. 

“Koronavirusun təsirini nə qədər saxlayacağını bilmirik. Vəziyyətin daha da pisləşəcəyinə inandığımız üçün proqnozlarımızı yenilədik”, - agentliyin baş iqtisadçısı Bes Ann Bovina bildirib.

Son xəbərlər

Orphus sistemi