“Standard Insurance” ötən ili mənfəətlə başa vurub

“Standard Insurance” ötən ili mənfəətlə başa vurub Bakı. 20 aprel. REPORT.AZ/ “Standard Insurance” Sığorta Şirkəti ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 15,326 mln. manat təşkil edib.
Maliyyə
20 Aprel , 2018 10:51
“Standard Insurance” ötən ili mənfəətlə başa vurub

Bakı. 20 aprel. REPORT.AZ/ “Standard Insurance” Sığorta Şirkəti ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 15,326 mln. manat təşkil edib.

“Report” Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 23,7% azdır.

2017-ci ildə “Standard Insurance”ın cəmi öhdəlikləri 29,25% azalaraq 9,046 mln. manata, cəmi kapitalı isə 14% azalaraq 6,281 mln. manata düşüb.

Ötən il “Standard Insurance”ın gəlirləri 16,679 mln. manat (əvvəlki ilə nisbətən 22,4% az), xərcləri isə 15,816 mln. manat (42% az) təşkil edib. Son nəticədə şirkətin maliyyə mənfəəti 864 min manat olub (bundan əvvəl maliyyə zərərinə uğrayıb).

2017-ci ildə “Standard Insurance” 2016-cı ildə olduğu kimi mənfəət vergisi ödəməyib və ötən ili 864 min manat xalis mənfəətlə başa vurub. Halbuki şirkət əvvəlki ildən 5,775 mln. manat xalis zərərlə çıxmışdı. 

Son xəbərlər

Orphus sistemi