​"Standard Insurance"ın yığımları 22% artıb

​"Standard Insurance"ın yığımları 22% artıb Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,8% çoxdur
Maliyyə
8 İyun , 2016 10:06
​Standard Insuranceın yığımları 22% artıb

Bakı. 8 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında "Standard Insurance" ASC-nin yığımları 10 187,721 min manat təşkil edib.

Bu barədə "Report"a sığorta şirkətindən məlumat verilib.

Xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,8% çoxdur.

Hesabat dövründə sığorta şirkətinin ödənişləri də artıb. Belə ki, "Standard Insurance" yanvar-mayda 3 250,951 min manat sığorta ödənişi verib. Bu isə 2015-ci ilin eyni dövrünə nisbətən 6,4% çoxdur. 

Şirkət ötən ilin ilk 5 ayında 3 054,535 min manat sığorta ödənişi həyata keçirmişdi.

Xatırladaq ki, 2015-ci ilin ilk 5 ayında "Standard Insurance" 8 365,046 min manat sığorta haqqı toplamışdı.

Son xəbərlər

Orphus sistemi