“Standard Insurance"in rəhbərliyi dəyişib

“Standard Insurance"in rəhbərliyi dəyişib Bakı. 29 noyabr. REPORT.AZ/ Standard Insurance Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin (İH) sədri Kamran Oqtay oğlu Bağırov və onun I müavini Emin Nizami oğlu Bünyatov vəzifələrindən azad ediliblər.
Maliyyə
29 Noyabr , 2017 12:20
“Standard Insurancein rəhbərliyi dəyişib

Bakı. 29 noyabr. REPORT.AZ/ "Standard Insurance" Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin (İH) sədri Kamran Oqtay oğlu Bağırov və onun I müavini Emin Nizami oğlu Bünyatov vəzifələrindən azad ediliblər.

Bu barədə “Report”un sorğusuna cavab olaraq şirkətdən bildirilib.

Məlumata görə, “Standard Insurance"in səhmdarının 27 noyabr 2017-ci il tarixli qərarı ilə İH-nin sədri vəzifəsinə Anar Ramiz oğlu Sadıxov təyin edilib. Onun 11 ildən artıq bank sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışdığı bildirilir.

"Standard Insurance"in İH sədrinin I müavini vəzifəsinə isə şirkətin Sığorta hadisələri və hüqüq Departamentinin direktoru Tural Qabil oğlu Əsgərov gətirilib.

Xatırladaq ki, “Standard Insurance” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 11 mln. manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "AB Standard" QSC-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi