“Standard Insurance”in əmlaklarının satışından 131 min manat pul daxil olub

“Standard Insurance”in əmlaklarının satışından 131 min manat pul daxil olub İdarə Heyəti sığorta şirkətinin lisenziyasını bu il mayın 19-da ləğv edib
Maliyyə
169
19 Fevral , 2021 18:03
“Standard Insurance”in əmlaklarının satışından 131 min manat pul daxil olub

Ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkəti ASC-nin əmlaklarının bir hissəsi hərrac yolu ilə satılıb.

Bu barədə “Report” qurumun Ləğvetmə Komissiyasına istinadən xəbər verir.

Məlumata görə, Bakı Kommersiya Məhkəməsinin iyulun 29-da qəbul etdiyi “Standard Insurance”in müflis elan olunması ilə bağlı qərarı sentyabrın 14-də qüvvəyə mindikdən sonra sığorta şirkətinin balansında olan 11 ədəd avtomobil və bir sıra digər avadanlıqlar hərraca çıxarılıb. Onların realizə edilməsindən 130 743 manat vəsait əldə olunub. O cümlədən avtomobillərin satışından 125 031 manat pul daxil olub.

Hərrac yolu ilə artıq satışı həyata keçirilən avtomobillər barədə ətraflı məlumat aşağıdakı cədvəldə təqdim olunub:

Marka

Model

Buraxılış ili

Dövlət nömrə nişanı

Satış qiyməti

Hərracın tarixi

1

HYUNDAI

TUCSON

2009

90AH799

7,600

27.11.2020

2

HYUNDAI

SONATA

2014

99PE615

15,675

27.11.2020

3

CHEVROLET

AVEO

2012

90PG490

4,750

27.11.2020

4

HYUNDAI

ACCENT

2012

10PJ964

12,400

11.01.2021

5

VAZ21214

NİVA

2012

90PV348

5,630

11.01.2021

6

HYUNDAI

ACCENT

2012

90PB859

9,975

30.11.2020

7

HYUNDAİ

SONATA

2011

10PX615

13,350

01.12.2020

8

HYUNDAİ

TUCSON

2008

90AK799

11,994

19.02.2021

9

KIA

CERATO

2011

99PB461

13,433

19.02.2021

10

HYUNDAI

ACCENT

2012

10PJ966

11,034

19.02.2021

11

HYUNDAI

IX35

2008

10PK931

19,190

19.02.2021

Cəmi yekunda

125031

“Standard Insurance”in əmlaklarının satışını “Bakı Hərrac Mərkəzi” və “Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-lər həyata keçirib. Bu proses ölkə qanunvericiliyinə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq yolla davam etdiriləcək və ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti sığorta şirkətinin lisenziyasını bu il mayın 19-da ləğv edib.

Son xəbərlər

Orphus sistemi