"Standard Insurance”in əmlakları təkrar hərraca çıxarılıb

"Standard Insurance”in əmlakları təkrar hərraca çıxarılıb Oktyabrın 22-də, saat 11:00-da ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkəti ASC-yə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzilin satışına dair hərrac keçiriləcək.
Maliyyə
18 Oktyabr , 2021 12:59
Standard Insurance”in əmlakları təkrar hərraca çıxarılıb

Oktyabrın 22-də, saat 11:00-da ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkəti ASC-yə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzilin satışına dair hərrac keçiriləcək.

Bu barədə "Report"a qurumun Ləğvetmə Komissiyasından bildirilib.

Məlumata görə, "Əmlak Hərrac Mərkəzi" MMC-nin təşkil edəcəyi hərrac Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, 4A ünvanında olacaq və paytaxtın Nəsimi rayonunun Şəmsi Bədəlbəyli və Mirzə Ağa Əliyev küçələrində mənzillərin birləşdirilməsi ilə yaradılmış 270,5 kv.m-lik ofis alıcılara təklif ediləcək.

Əmlak üçün 1,350 milyon manat (ilkin satış qiymətindən 10 % aşağı) qiymət müəyyən olunub. Bu məbləğin 1 %-i, yəni 13 500 manat beh kimi ödənilməlidir.

Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb:

Daşınmaz əmlak növü

Ünvanı

Ümumi sahəsi

İlkin hərrac qiyməti

AZN

Təkrar

hərrac qiyməti

AZN

Beh

AZN

Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil

Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20

56.6 м²

1 500 000

1.350. 000

13.500

Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49

46.5м²

Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50

52.7 м²

Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65

114.7 м²

Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək münkündür:

https://e-herrac.com/advertisement/dasinmaz-emlak/tekrar-herracin-kecirilmesine-dair

Sığorta şirkətinin digər əmlaklarının qanunvericiliyə və hərrac qaydalarına əsasən açıq satışı davam edəcək, bu barədə ictimaiyyətə əvvəldən məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi