“Standard Insurance”ın baş ofisinin yerləşdiyi ərazi satışa çıxarılıb

“Standard Insurance”ın baş ofisinin yerləşdiyi ərazi satışa çıxarılıb Ləğv prosesində olan (müflis elan edilmiş) “Standard Insurance” Sığorta Şirkəti ASC-nin baş ofisinin yerləşdiyi, Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi, 94 ünvanındakı qeyri-yaşayış sahəsi satışa çıxarılıb.
Maliyyə
27 Oktyabr , 2020 09:36
“Standard Insurance”ın baş ofisinin yerləşdiyi ərazi satışa çıxarılıb

Ləğv prosesində olan (müflis elan edilmiş) “Standard Insurance” Sığorta Şirkəti ASC-nin baş ofisinin yerləşdiyi, Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi, 94 ünvanındakı ərazi satışa çıxarılıb.

"Report" xəbər verir ki, bu barədə maliyyə qurumunun Ləğvetmə Komissiyası qərar qəbul edib.

Məlumata görə, satış şirkətin digər aktivlərində olduğu kimi açıq hərrac yolu ilə baş tutacaq.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı “Standard Insurance”in lisenziyasını bu il mayın 19-da ləğv edib. Bakı Kommersiya Məhkəməsinin bu il iyulun 29-da qəbul etdiyi qərarla sığorta şirkəti müflis elan olunub, avqustun 17-də qəbul etdiyi qərarla isə onun Ləğvetmə Komissiyasının tərkibi müəyyən edilib. Komissiyaya İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov rəhbərlik edir.

Son xəbərlər

Orphus sistemi