“Standard Insurance”in baş ofisinin satış qiyməti 2 dəfə azalıb

“Standard Insurance”in baş ofisinin satış qiyməti 2 dəfə azalıb Dekabrın 8-də, saat 11:00-da ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkəti ASC-nin baş ofisinin satışına dair 10-cu hərrac keçiriləcək.
Maliyyə
2 Dekabr , 2021 15:28
“Standard Insurance”in baş ofisinin satış qiyməti 2 dəfə azalıb

Dekabrın 8-də, saat 11:00-da ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkəti ASC-nin baş ofisinin satışına dair 12-cu hərrac keçiriləcək.

Bu barədə “Report”a qurumun Ləğvetmə Komissiyasından bildirilib.

Məlumata görə, "Əmlak Hərrac Mərkəzi" MMC-nin təşkil edəcəyi hərrac Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, 4A ünvanında olacaq və paytaxtın Nəsimi rayonunun Şəmsi Bədəlbəyli küçəsində 4 mənzilin birləşdirilməsi ilə yaradılmış 359 kvm-lik ofis alıcılara təklif ediləcək.

Əmlak üçün ilkin qiymərti ilə müqayisədə təxminən 2 dəfə az - 1,035 milyon manat qiymət müəyyən olunub. Bu məbləğin 1 %-i, yəni 10 350 manat beh kimi ödənilməlidir.

Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb:

Daşınmaz əmlak növü

Ünvanı

Ümumi sahəsi

Hərrac qiyməti

AZN

Beh

AZN

Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil

Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20

56.6 м²

1.035.000

10.350

Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49

46.5м²

Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50

52.7 м²

Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65

114.7 м²

Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək mümkündür:

https://www.birjanews.az/herrac-elanlar/75

Sığorta şirkətinin digər əmlaklarının qanunvericiliyə və hərrac qaydalarına əsasən açıq satışı davam edəcək, bu barədə ictimaiyyətə əvvəldən məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi