"Standard Insurance"in aktivləri 23% azalıb

"Standard Insurance"in aktivləri 23% azalıb Bakı. 3 aprel. REPORT.AZ/ "Standard Insurance" Sığorta Şirkəti ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 20,089 mln. manat təşkil edib. "Report" ş...
Maliyyə
3 Aprel , 2017 11:20
Standard Insurancein aktivləri 23% azalıb
Courtesy İmage

Bakı. 3 aprel. REPORT.AZ/ "Standard Insurance" Sığorta Şirkəti ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 20,089 mln. manat təşkil edib. "Report" şirkətin mühasibat balansına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 22,6% azdır.

2016-cı ildə "Standard Insurance"in uzunmüddətli aktivləri 45,7% azalaraq 3,244 mln. manat, qısamüddətli aktivləri isə 15,6% azalaraq 16,845 mln. manat olub.

Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 0,5% azalaraq 12,785 mln. manat, o cümlədən uzunmüddətli öhdəlikləri 5,2% azalaraq 11,245 mln. manat, qısamüddətli öhdəlikləri isə 54,7% artaraq 1,54 mln. manat olub.

Ötən il sığortaçının cəmi kapitalı isə 44,2% azalaraq 7,304 mln. manata düşüb.

2016-cı ildə "Standard Insurance"in cəmi gəlirləri 21,489 mln. manat (2015-ci ilə nisbətən 30,1% az), cəmi xərcləri 27,264 mln. manat (9,2% az) təşkil edib. Son nəticədə şirkətin maliyyə və xalis zərəri 5,775 mln. manat olub (əvvəlki il "Standard Insurance" mənfəət əldə edib).

Xatırladaq ki, "Standard Insurance" 2002-ci ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 11 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 100 manat olan 11 000 səhm əsasında formalaşıb. Səhmlər 100% "AB Standard" QSC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi