“Standard Insurance”ın 1,1 milyon manatlıq əmlakı satışa çıxarılıb

“Standard Insurance”ın 1,1 milyon manatlıq əmlakı satışa çıxarılıb Ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkəti ASC-yə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzilin ümumilikdə satış qiyməti 1,15 milyon manat məbləğində müəyyənləşdirilib.
Maliyyə
5 Noyabr , 2021 15:47
“Standard Insurance”ın 1,1 milyon manatlıq əmlakı satışa çıxarılıb

Ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkəti ASC-yə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzilin ümumilikdə satış qiyməti 1,15 milyon manat məbləğində müəyyənləşdirilib.

Bu barədə "Report"a qurumun Ləğvetmə Komissiyasından bildirilib.

Məlumata görə, “Əmlak Hərrac Mərkəzi” MMC-nin təşkil edəcəyi hərrac Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcək.

Hərracda iştirak üçün satış qiymətinin 1 %-i, yəni 11,5 min manat məbləğində beh hərracın təyin edildiyi tarixə bir iş günü qalanadək ödənilməlidir.

Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb:

Daşınmaz əmlak növü

Ünvanı

Ümumi sahəsi

Hərrac qiyməti

AZN

Beh

AZN

Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil

Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20

56.6 м²

1 150 000

11 500

Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49

46.5м²

Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50

52.7 м²

Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65

114.7 м²

Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək münkündür:

https://e-herrac.com/advertisement/dasinmaz-emlak/menzil/herracin-kecirilmesine-dair-elan-4

Sığorta şirkətinin digər əmlaklarının qanunvericiliyə və hərrac qaydalarına əsasən açıq satışı davam edəcək, bu barədə ictimaiyyətə əvvəldən məlumat veriləcək.

Qeyd edək ki, əmlak ilkin olaraq 2 milyon manata şatışa çıxarılmışdı.

Son xəbərlər

Orphus sistemi