Bu ilin III rübündə Böyük Britaniyanın "Standard Chartered" bankının vergiyəqədərki mənfəəti 1,1 milyard ABŞ dolları təşkil edib.
"Report" xaric mətbuata istinadən xəbər verir ki, bu, bankın proqnozundan 100 milyon dollar çoxdur.
Analitiklər isə sözügedən göstəricinin 1,06-1,24 milyard dollar arasında dəyişəcəyini proqnozlaşdırırdı.
Rüb ərzində "Standard Chartered" proqnozundan 170 milyon dollar çox - 3,98 milyard dollar əməliyyat mənfəəti əldə edib. Bankın əməliyyat xərcləri isə 2,5 milyard dollar təşkil edib.