​Sorğu: Azərbaycan əhalisi iqtisadi artımın olacağına ümid edir

​Sorğu: Azərbaycan əhalisi iqtisadi artımın olacağına ümid edir Azərbaycan postsovet məkanının on lider ölkələri arasında iqtisadi artımı gözləyən yeganə dövlətdir
Maliyyə
31 Dekabr , 2014 10:18
​Sorğu: Azərbaycan əhalisi iqtisadi artımın olacağına ümid edir

Bakı. 31 dekabr. REPORT.AZ/ Azərbaycanın əksər sakinləri yaxın perspektivdə ölkədə iqtisadi artım gözləyir. "Report" "Vestnik Kavkaza"ya istinadən xəbər verir ki, bu barədə "WIN/Gallup International" assosiasiyası tərəfindən təşkil olunan "End of Year" tədqiqatlarının nəticəsində deyilir. 

65 ölkədə 64 002 respondent arasında keçirilən tədqiqat göstərib ki, 42% respondent iqtisadi inkişafın artmasını gözləyir.

Sənədə əsasən, Azərbaycanda Çində olduğu kimi, iqtisadi artımı 55% respondent gözləyir. Nəticədə, Azərbaycan postsovet məkanının on lider ölkələri arasında iqtisadi artımı gözləyən yeganə dövlət olub. 

Bununla yanaşı qeyd olunur ki, dünyada 23% respondent resessiyanı daha mümkün hesab edir. İqtisadi azalmanı ən çox Qərbi Avropada (40% respondent), Şərqi Avropada (34%), eləcə də Şimali və Cənubi Amerikada (33%) gözləyirlər.

Son xəbərlər

Orphus sistemi