"Societe Generale": Trampın siyasəti FED-in faizləri daha sürətlə artırmasına səbəb olacaq

"Societe Generale": Trampın siyasəti FED-in faizləri daha sürətlə artırmasına səbəb olacaq Bakı. 26 mart. REPORT.AZ/ ABŞ Prezidenti Donald Trampın Çinə qarşı tətbiq edəcəyi yeni gömrük rüsumları Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini daha sürətlə artırmasına gətirib çıxaracaq.
Maliyyə
26 Mart , 2018 15:06
Societe Generale: Trampın siyasəti FED-in faizləri daha sürətlə artırmasına səbəb olacaq

Bakı. 26 mart. REPORT.AZ/ ABŞ Prezidenti Donald Trampın Çinə qarşı tətbiq edəcəyi yeni gömrük rüsumları Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini daha sürətlə artırmasına gətirib çıxaracaq. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bunu Pekində "CNBC" televiziyasına açıqlamasında Fransanın "Societe Generale" bankının İdarə Heyətinin sədri Bini Smaghi deyib. 

O bildirib ki, dünyanın 2 böyük iqtisadiyyatı olan ABŞ və Çin arasında ticarət müharibəsi inflyasiyanı sürətləndirəcək: "Nəticədə FED uçot dərəcəsini proqnozlaşdırılandan daha sürətlə artırmağa məcbur olacaq. D.Trampın Çin mallarına 60 mlrd. dollarlıq əlavə gömrük vergisinin tətbiqi barədə qərarı istehlak qiymətlərinin artmasına gətirib çıxaracaq." 

Son xəbərlər

Orphus sistemi