"Societe Generale": Qızılın qiyməti yaxın 6 ayda 1 225 dollar/unsiyaya enəcək

"Societe Generale": Qızılın qiyməti yaxın 6 ayda 1 225 dollar/unsiyaya enəcək Bakı. 25 noyabr. REPORT.AZ/ ABŞ-ın pul-kredit siyasəti qızılın bahalaşmasına mane olacaq. 
Maliyyə
25 Noyabr , 2017 17:22
Societe Generale: Qızılın qiyməti yaxın 6 ayda 1 225 dollar/unsiyaya enəcək

Bakı. 25 noyabr. REPORT.AZ/ ABŞ-ın pul-kredit siyasəti qızılın bahalaşmasına mane olacaq. 

"Report" xəbər verir ki, bu barədə Fransanın nüfuzlu "Societe Generale" bankı açıqlama verib. 

Qurumun proqnoz hesabatında deyilir ki, ABŞ-ın uçot dərəcəsindəki artım və aşağı inflyasiya qiymətli metallara investisiyaları azaldır. Qızılın qiymətində sabitlik geosiyasi gərginlik, iqtisadi qeyri-müəyyənliklərlə bağlıdır və investisiya portfellərində onun payının artırılması ilə nəticələnir. Amma qlobal iqtisadi artım sabitləşən kimi qızılın cəlbediciliyi azalmağa başlayacaq.

"ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) gələn ay 0,25% bəndi, 2018-ci ildə isə daha 3 dəfə artıracağı ilə ehtimalların güclənməsi fonunda fond birjası iştirakçısı olan fondlar qızıla investisiyaları, ümumilikdə, 50 ton azaldaraq 3 453 tona endirəcəyini, yaxın 6 ayda isə qızılın qiymətinin 1 225 dollar/unsiyaya düşəcəyini proqnozlaşdırırıq", - deyə hesabatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi