SOCAR yeni istiqraz emissiyası həyata keçirə bilər

SOCAR yeni istiqraz emissiyası həyata keçirə bilər Ali Ağaoğlu: "50 mln. dollar və daha çox rəqəmlərlə müzakirə aparmağı üstün tuturuq"
Maliyyə
17 Oktyabr , 2017 12:22
SOCAR yeni istiqraz emissiyası həyata keçirə bilər
SOCAR-ın kapital bazarları üzrə baş məsləhətçisi Ali Ağaoğlu / Report/ Elshan Baba

Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yerli bazar üçün daha bir istiqraz emissiyası həyata keçirə bilər.

"Report" xəbər verir ki, bunu SOCAR-ın kapital bazarları üzrə baş məsləhətçisi Ali Ağaoğlu jurnalistlərə bildirib.

"Bununla bağlı çalışırıq. Amma istiqrazın nə vaxt buraxılacağı ilə bağlı dəqiq tarix demək mümkün deyil. İstiqrazların həcmi, hansı valyutada buraxılması, müddəti də bəlli deyil. Amma işlərimiz davam edir. Dəqiq olan odur ki, SOCAR olaraq yola çıxarkən 50 mln. dollar və daha çox rəqəmlərlə müzakirə aparmağı üstün tuturuq", - deyə A.Ağaoğlu qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan maliyyə bazarının inkişafı üçün də yeni istiqraz buraxılışına ehtiyac var.

Son xəbərlər

Orphus sistemi