“SOCAR Petroleum” və “PREMIUM BANK” birgə əməkdaşlığa başlayıb

“SOCAR Petroleum” və “PREMIUM BANK” birgə əməkdaşlığa başlayıb “SOCAR Petroleum” QSC və Premium Bank ASC Azərbaycanda nağdsız hesablaşmalarının inkişafına və elektron ödəniş xidmətlərinin genişləndirilməsinə töhfə verən birgə əməkdaşlığa başlayıb.
Maliyyə
24 Oktyabr , 2019 12:10
“SOCAR Petroleum” və “PREMIUM BANK” birgə əməkdaşlığa başlayıb

SOCAR Petroleum” QSC və "Premium Bank" ASC Azərbaycanda nağdsız hesablaşmalarının inkişafına və elektron ödəniş xidmətlərinin genişləndirilməsinə töhfə verən birgə əməkdaşlığa başlayıb. 

"Report" xəbər verir ki, "Premium Bank" ASC-nin Miles kartlarının sahibləri “SOCAR” yanacaqdoldurma məntəqələrində yanacağı alarkən əlavə mil balları qazanmış olacaqlar və toplanan milləri “Azərbaycan Hava Yolları” QSC-nin uçuş istiqamətləri üzrə biletə çevirmək imkanı əldə edəcəklər.

Müştərilərə bu imkanın verilməsi məqsədi ilə “SOCAR” yanacaqdoldurma məntəqələrində "Premium Bank" ASC-nin POS-terminalları quraşdırılıb. Əlavə millərin qazanılması "Premium Bank"-ın POS terminalları ilə ödəniş edən bankın bütün Miles kart sahibləri üçün etibarlıdır.

Son xəbərlər

Orphus sistemi