SOCAR istiqrazları yenidən bahalaşır

SOCAR istiqrazları yenidən bahalaşır SOCAR istiqrazlarına təkrar bazarda tələbat kəskin artıb
Maliyyə
3 İyul , 2018 11:02
SOCAR istiqrazları yenidən bahalaşır
0 : 00
0 : 00

Bakı. 3 iyul. REPORT.AZ/ SOCAR istiqrazlarına təkrar bazarda tələbat kəskin artıb.

İstiqrazların təkrar bazarı üzrə marketmeykeri “PSG Kapital” şirkətindən “Report”a verilən məlumata görə, hazırda SOCAR istiqrazlarını birjada 1 010,17 dollara satmaq, 1 013,50 dollara almaq olar.

Qeyd olunub ki, qiymət artımının səbəbi əhalinin istiqrazlara tələbatının artmasıdır: “Likvidliyi, yəni dərhal pula çevrilmək imkanı, yüksək gəlirliliyi, SOCAR-ın geri alma zəmanəti, eləcə də, faizlərin qrafik üzrə vaxtında ödənilməsi istiqrazları cəlbedici yatırım vasitəsinə çevirib. Nəticədə, bu qiymətli kağızları almaq istəyən fiziki və hüquqi şəxslərin sayı artır”.

SOCAR istiqrazlarının təkrar bazarının başlamasından indiyədək 156 mln.dollardan çox istiqraz ticarəti edilib.

Əlavə olaraq, ötən ilin noyabr ayından SOCAR istiqrazları ilə REPO əməliyyatlarına da start verilib.

REPO əməliyyatı mexanizmi SOCAR istiqrazlarının sahiblərinə Bakı Fond Birjasında (BFB) istiqrazlarını girov qoyaraq, qısamüddətli və sərfəli şərtlərlə kredit imkanı verir.

İndiyədək qeyd olunan qiymətli kağızlarla 27 mln. dollardan çox kredit götürülüb.

Nominal dəyəri 1000 dollar olan SOCAR İstiqrazlarının illik gəlirliliyi 5 faizdir.

Faizlər ildə 4 dəfə, 3 aydan bir ödənilir. Növbəti faiz ödənişi iyulun 17-də olacaq.

İngilis versiyası FotoSOCAR bonds soar again

Son xəbərlər

Orphus sistemi