SOCAR istiqrazları ilə əməliyyatların həcmi kəskin artıb

SOCAR istiqrazları ilə əməliyyatların həcmi kəskin artıb Ötən ay təkrar bazarda 10 618 SOCAR istiqrazı alınıb-satılıb
Maliyyə
8 Sentyabr , 2017 15:56
SOCAR istiqrazları ilə əməliyyatların həcmi kəskin artıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu ilin avqust ayında qiymətli kağızlar bazarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları ilə əməliyyatların dəyəri 10 milyon dolları keçib. 

Bu barədə “Report”a “SOCAR Capital” şirkətindən məlumat verilib.

İstiqrazların təkrar bazarı üzrə marketmeyker olan "PSG Kapital" investisiya şirkətinin məlumatına görə, ötən ay təkrar bazarda 10 618 SOCAR istiqrazı alınıb-satılıb. Bununla da SOCAR istiqrazları ilə əməliyyatların ümumi həcmi 107 mln. dollara çatıb. 

Avqust ayında istiqrazların qiyməti 1 007 dollara yüksəlib. 

Xatırladaq ki, SOCAR istiqrazları 2016-cı ilin sentyabrında 100 mln. dollar məbləğində, 5 illik müddətə dövriyyəyə buraxılıb. Nominal qiyməti 1 000 dollar olan istiqrazların illik gəlirliliyi 5% və yaxud ildə 50 dollardır. İstiqrazlar üzrə faiz ödənişləri hər 3 aydan bir, ildə 4 dəfə həyata keçirilir. İlk faizlər 17 yanvar, 17 aprel və 17 iyul tarixlərində ödənilib və istiqraz sahibləri ümumilikdə 3,75 mln. dollar qazanc əldə ediblər. 

SOCAR istiqrazlarının əsas üstünlükləri şirkət tərəfindən nominal qiymətə alış zəmanətinin və yüksək likvidliyinin olmasıdır. Nəticədə istiqrazların qiyməti heç vaxt 1000 dollardan aşağı düşmür və onları dərhal nağd pula çevirmək mümkündür. Məhz bu səbəbdən həm fiziki, həm də hüquqi şəxslər istiqrazlara böyük maraq göstərirlər. SOCAR istiqrazlarının alıcıları arasında xarici ölkələrin - Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan və Gürcüstanın vətəndaşları da var. 

İstiqrazlar üzrə növbəti faiz ödənişi oktyabrın 17-də olacaq, həmin tarixdə istiqraz sahiblərinə hər istiqraza görə 12,5 dollar ödəniləcək.

Son xəbərlər

Orphus sistemi