SOCAR-ın törəmə müəssisəsi 200 milyon dollarlıq istiqraz buraxıb

SOCAR-ın törəmə müəssisəsi 200 milyon dollarlıq istiqraz buraxıb Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi - "SOCAR Polymer" MMC 200 milyon ABŞ dolları məbləğində istiqraz yerləşdirib. Yerləşdirmə "PAŞA Bank" ASC-nin dəstəyi ilə, "PAŞA Kapital İnvestisiya Şirkəti" və "PSG Kapital İnvestisiya Şirkəti"
Maliyyə
15 İyul , 2020 18:06
SOCAR-ın törəmə müəssisəsi 200 milyon dollarlıq istiqraz buraxıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi - "SOCAR Polymer" MMC 200 milyon ABŞ dolları məbləğində istiqraz yerləşdirib. Yerləşdirmə "PAŞA Bank" ASC-nin dəstəyi ilə, "PAŞA Kapital İnvestisiya Şirkəti" və "PSG Kapital İnvestisiya Şirkəti" QSC-lərin anderrayterliyi ilə baş tutub.

"Report" bu barədə "PAŞA Bank"a istinadən xəbər verir. 

Məlumata görə, qiymətli kağızları bu bankla yanaşı, 7 yerli bank - "Azərbaycanın Beynəlxalq Bankı", "Xalq Bank", "Kapital Bank", "Bank Respublika", "Rabitəbank", "Ziraat Bank Azərbaycan" və "Bank of Baku" ASC-lər əldə edib.

İstiqrazlar 5 il müddətində dövriyyədə olacaq. Onların illik gəlirliliyi 5%-dir. Faizlər rübdə bir dəfə ödəniləcək.

Cəlb olunan vəsait “SOCAR Polymer”in maliyyə portfelinin optimallaşdırılması məqsədilə Rusiyanın "Qazprombank" SC-dən cəlb edilmiş kredit vəsaitinin bir hissəsinin yenidən maliyyələşdirilməsinə sərf olunub. Beləliklə, şirkətin maliyyələşmə portfelinə Azərbaycan bankları da cəlb edilib.

"PAŞA Bank"ın İdarə Heyətinin sədri Taleh Kazımov emissiyanın Azərbaycanın borc bazarı üçün əlamətdar hadisə olduğunu bildirib: "Bu, hazırkı dövrdə ölkədə - dünyada koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar işgüzar fəaliyyətin müvəqqəti azalması fonunda xüsusi əhəmiyyət kəsb edir. Yerli istiqraz bazarının hələ nisbətən cavan olmasına baxmayaraq, orta müddətli perspektivdə onun gələcək inkişafının böyük perspektivləri haqqında düşünə bilərik. Sövdələşmələrdə təkcə kənar investorların deyil, həm də ölkənin yerli maliyyə qurumlarının da getdikcə daha çox fəal iştirakı sevindiricidir. Bu sövdələşmənin müvəffəqiyyətlə başa çatmasını biz təkcə "PAŞA Bank" və “SOCAR Polymer”in deyil,  eləcə də bütün bazarın uğuru kimi qəbul edirik. Emitent, anderraytinq şirkətlərinə göstərdikləri etimada görə, Azərbaycanın tərəfdaş banklarındakı həmkarlarımıza isə göstərdikləri səylərə görə təşəkkür etmək istəyirəm. Əminəm ki, görülən işlərin nəticəsi ölkəmizin borc bazarının inkişafına əhəmiyyətli təsir göstərəcək".

Son xəbərlər

Orphus sistemi