SOCAR-ın 1771 istiqrazı təkrar bazarda satılıb

SOCAR-ın 1771 istiqrazı təkrar bazarda satılıb Qiymətli kağızlardan 2-si nominal dəyərindən 0,05% baha əldə edilib
Maliyyə
20 Oktyabr , 2016 16:43
SOCAR-ın 1771 istiqrazı təkrar bazarda satılıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının təkrar bazarda alqı-satqısı üzrə 3 əqd bağlanılıb. 

Bu barədə "Report" BFB-yə istinadən xəbər verir.

Məlumata görə, əqdlərdən biri 1769 istiqrazın realizə edilməsini nəzərdə tutur. Qiymətli kağızlar nominal dəyərinə (1 000 ABŞ dolları) əldə edilib. Digər 2 əqdin hər biri isə 1 istiqrazın alınıb-satılması ilə bağlıdır. Bu istiqrazlar nominal dəyərindən 0,05% çox, 1000,5 dollar ödəniş müqabilində sahibini dəyişib. Ümumilikdə təkrar bazarda 1771 istiqraz satılıb. 

Xatırladaq ki, SOCAR istiqrazları təkrar bazara oktyabrın 17-dən çıxıb. Hazırda dövriyyədə SOCAR-ın 100 min istiqrazı var. Şirkətin geri alma zəmanəti verdiyi istiqrazlar 2021-ci ilə qədər tədavüldə olacaq. Onların illik gəlirliliyi 5%-dir. Faizlər 3 aydan bir ödənilir. 

Son xəbərlər

Orphus sistemi