SOCAR iki ayda büdcəyə 216 mln. manat ödəyib

SOCAR iki ayda büdcəyə 216 mln. manat ödəyib Şirkət Dövlət Sosial Müdafiə Fonduna 21,1 mln. manat köçürüb
Maliyyə
15 Mart , 2016 12:42
SOCAR iki ayda büdcəyə 216 mln. manat ödəyib

Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin fevral ayında dövlət büdcəsinə 98,2 mln. manat həcmində vəsait ödəyib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, ümumiyyətlə, cari ilin yanvar-fevral aylarında Şirkət tərəfindən büdcəyə 215,882 mln. manat ödənilib.

Bundan əlavə, cari ilin fevral ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 10,922 mln. manat vəsait köçürüb. Bu İlin yanvar-fevral aylarında isə SOCAR tərəfindən DSMF-yə ödəniş 21,05 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi