“SOCAR Capital” və “ASAN kadr”ın təlim proqramı başa çatıb

“SOCAR Capital” və “ASAN kadr”ın təlim proqramı başa çatıb Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi “SOCAR Capital” MMC və “ASAN Konüllülər Məktəbi”nin “ASAN Kadr” Karyera mərkəzinin birgə təşkilatçılığı ilə fevralın 19, 20 və 22-sində keçirilmiş “Maliyyə bazarlarında ən son trendlər” adlı proqram başa çatıb.
Maliyyə
22 Fevral , 2018 17:59
“SOCAR Capital” və “ASAN kadr”ın təlim proqramı başa çatıb

Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi “SOCAR Capital” MMC və “ASAN Konüllülər Məktəbi”nin “ASAN Kadr” Karyera mərkəzinin birgə təşkilatçılığı ilə fevralın 19, 20 və 22-sində keçirilmiş “Maliyyə bazarlarında ən son trendlər” adlı proqram başa çatıb.

Bu barədə "Report"a “SOCAR Capital”dan bildirilib. 

Məlumata görə, proqram çərçivəsində SOCAR-ın maliyyə bazarları üzrə məsləhətçisi Tolqa Kotan, “SOCAR Capital”ın əməkdaşları Elxan Həsənov və Turan Talıbova könüllülərə “Qlobal maliyyə bazarları”, “Şirkətin maliyyə mənbələri və onların idarə olunması” və “Sürətlə inkişaf edən dünyamızda karyera imkanları” adlı mövzularda təlimlər keçib.

Könüllülər təlimçilərə maliyyə bazarları, investisiya alətləri, kənd təsərrüfatı və digər biznes sahələrinə investisiya etməyin yolları, maliyyə sahəsində karyera qurmaq üçün atılacaq ilkin addımlar və digər mövzular haqqında suallar ünvanlayıb.

Təlim başa çatdıqdan sonra Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və Təlim şöbəsinin müdiri Elvin Paşayev bildirib ki, SOCAR və “SOCAR Capital” ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində bir çox uğurlu layihələr həyata keçirilib və bu gün yekunlaşan proqram da onlardan biridir. Təlim proqramında iştirak edən könüllülərə “SOCAR Capital” və “ASAN Konüllülər Məktəbi”nin “ASAN Kadr” Karyera mərkəzi adından sertifikatlar təqdim edilib.

Son xəbərlər

Orphus sistemi