“Singapore Airlines” ilk dəfə kəsirlə üzləşə bilər

“Singapore Airlines” ilk dəfə kəsirlə üzləşə bilər Cənub-Şərqi Asiyanın ən böyük hava yolu şirkətlərindən olan “Singapore Airlines” yarandığı 1947-ci ildən ilk dəfə olaraq cari ili xalis zərərlə (kəsirlə) başa vuracağını güman edir.
Maliyyə
8 May , 2020 13:02
“Singapore Airlines” ilk dəfə kəsirlə üzləşə bilər

Cənub-Şərqi Asiyanın ən böyük hava yolu şirkətlərindən olan “Singapore Airlines” yarandığı 1947-ci ildən ilk dəfə olaraq cari ili xalis zərərlə (kəsirlə) başa vuracağını güman edir.

“Report” xəbər verir ki, şirkətin Sinqapur birjasında yerləşdirdiyi açıqlamada bunun koronavirus pandemiyası ilə bağlı olduğu göstərilir.

“2020-ci ilin mart ayında başa çatmış maliyyə ilinin ilk 9 ayındakı yüksək göstəricilərə baxmayaraq, ilin yekununda az əməliyyat mənfəəti gözlənilir... İkinci rüb dövründə pul axınının mənfi qiyməti gözlənilir, həm də COVID-19 ətrafında vəziyyətin düzəlməsinə dair əlamətlər sezilmir... “Singapore Airlines”dakı maliyyə vəziyyəti mart ayındakı neft qiymətlərinin azalması üzündən çətinləşib” – şirkətin açıqlamasında qeyd olunur.

Qeyd edək ki, “Singapore Airlines” şirkətinin özü ilə yanaşı “Scoot” ucuz daşıyıcısının və “SilkAir” tam xidmət daşıyıcı şirkətinin də daxil olduğu qrup martın 23-dən uçuşların böyük əksəriyyətini dayandırıb və hazırda təyyarə parkının cəmi 4 faizi fəaliyyətdədir.

Orphus sistemi