"Silkway Insurance"in ödənişləri 5 dəfə artıb

"Silkway Insurance"in ödənişləri 5 dəfə artıb Hesabat dövründə sığorta şirkətinin yığımları isə 11% artıb
Maliyyə
19 Noyabr , 2016 17:24
Silkway Insurancein ödənişləri 5 dəfə artıb

Bakı. 19 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında "Silkway Insurance" ASC-nin yığımları 18 489 056 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,66% çoxdur.

Hesabat dövründə "Silkway Insurance"in ödənişləri də artıb. Belə ki, Şirkət 10 ay ərzində 2 622 348 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 4,66 dəfə çoxdur.

Kəskin dinamikaya səbəb Şirkətin bu il mayın 18-də Əfqanıstanda qəzaya uğramış "Silkway Airlines" MMC-yə məxsus "An-12" markalı yük təyyərəsinə görə sentyabrda verdiyi təxminən 2 mln. manatlıq sığorta ödənişi olub.

2016-cı ilin yanvar-oktyabr aylarında "Silkway Insurance" topladığı hər 100 manat sığorta haqqının 14,18 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-oktyabrında 3,37% olub.

Xatırladaq ki, "Silkway Insurance" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb, "Silkway Holding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,77 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 844 manat olan 17 500 səhm əsasında formalaşıb. Səhmlərin 38,74%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38,74%-i Məlahət Cahangir qızı Əsgərovaya, 19,05%-i "Silkway Airlines" şirkətinə, 3,47%-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi