"Silkway Insurance"da maliyyə yoxlaması aparılacaq

"Silkway Insurance"da maliyyə yoxlaması aparılacaq Şirkətin səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb
Maliyyə
18 Noyabr , 2016 15:30
Silkway Insuranceda maliyyə yoxlaması aparılacaq

Bakı. 18 noyabr. REPORT.AZ/ Dekabrın 28-də "Silkway Insurance" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. 

"Report" xəbər verir ki, yığıncaq saat 10:00-da Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 55 ünvanında baş tutacaq.

Yığıncağda "Silkway Insurance"in 2016-cı ildəki maliyyə-təsərrüfatı fəaliyyətinin yoxlanılması üçün müstəqil auditorun seçilməsi məsələsi müzakirə ediləcək. Lazımi sənədlərin təqdim edilməsi üzrə məsul şəxs şirkətin baş mühasibi Rəna Əlyəddin qızı Quliyevadır.

Xatırladaq ki, "Silkway Insurance" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb, "Silkway Holding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,77 mln. manatdır. Şirkətin səhmlərinin 38,74%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38,74%-i Məlahət Cahangir qızı Əsgərovaya, 19,05%-i "Silkway Airlines" şirkətinə, 3,47%-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi