“Silkway Bank” səhmlərinin nominal qiymətini artırır

“Silkway Bank” səhmlərinin nominal qiymətini artırır Bu, banka nizamnamə kapitalını 3% artırmağa imkan verəcək
Maliyyə
22 Avqust , 2017 11:14
“Silkway Bank” səhmlərinin nominal qiymətini artırır
Report

Bakı. 22 avqust. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası “Silkway Bank” ASC-nin yeni səhm emissiyasını dövlət qeydiyyatına alıb.

Bu barədə “Report”a bankdan bildirilib.

Məlumata görə, emissiya “Silkway Bank”ın dövriyyədə olan 679 230 ədəd səhminin nominal dəyərinin 149,5 manatdan 154 manata çatdırılmasını nəzərdə tutur. Son nəticədə bankın nizamnamə kapitalı 3 056 530 manat və yaxud 3,01% artaraq 101 544 885 manatdan 104 601 420 manata çatacaq. Kapital artımı ötən illərdə əldə edilmiş mənfəət hesabına həyata keçiriləcək.

Xatırladaq ki, "Silkway Bank" 2008-ci ildə yaradılıb, 1993-cü ildən fəaliyyət göstərən "Azal Bank"ın hüquqi varisidir. Bankın səhmlərinin 69,7%-i Zərifə Həmzəyevaya, 30%-i daxil olduğu “Silkway Holding” MMC-nin tərkibindəki “VİP Aviasiya Xidmətləri” MMC-yə, 0,3%-i isə Elçin Eldar oğlu Əhmədova (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər

Orphus sistemi