“Silkway Bank”ın aktivləri 7% artıb

“Silkway Bank”ın aktivləri 7% artıb Bakı. 14 aprel. REPORT.AZ/ “Silkway Bank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 401,038 mln. manat təşkil edib.“Report” Bankın maliyyə hesabatı...
Maliyyə
14 Aprel , 2017 09:33
“Silkway Bank”ın aktivləri 7% artıb

Bakı. 14 aprel. REPORT.AZ/ “Silkway Bank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 401,038 mln. manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,9% çoxdur.

“Silkway Bank”ın aktivlərinin 92,9%-ni və yaxud 372,551 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 5,7% böyüyüb.

Hesabat dövründə “Silkway Bank”ın cəmi öhdəlikləri 7,7% artaraq 282,704 mln. manata, o cümlədən depozit portfeli 12,% artaraq 163,87 mln. manata çatıb. Martın sonuna Bankın Azərbaycan Mərkəzi Bankı qarşısında 22,5 mln. manat öhdəliyi olub.

İl ərzində kredit təşkilatının cəmi kapitalı isə 5,1% artaraq 118,334 mln. manat olub.

Bu ilin I rübündə “Silkway Bank”ın faiz gəlirləri 6,876 mln. manat (2016-cı ilin eyni dövrünə nisbətən 3,2% az), faiz xərcləri 2,915 mln. manat (24,3% az), qeyri-faiz gəlirləri 3,827 mln. manat (31,2% çox), qeyri-faiz xərcləri isə 5,485 mln. manat (2,5 dəfə çox) təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat mənfəəti 2,303 mln. manat olub. Bu illik müqayisədə 42,1% azdır.

“Silkway Bank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 268 manat ayırıb və rünü 2,035 mln. manat xalis mənfəətlə başa vurub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 72,8% azdır.

Xatırladaq ki, "Bank Silkway" 2008-ci ildə yaradılıb, 1993-cü ildən fəaliyyət göstərən "Azalbank"ın hüquqi varisidir. Onun nizamnamı kapitalı 101,545 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 149,5 manat olan 679 230 səhm əsasında formalaşıb. Səhmlər 3 fiziki şəxsə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi