"Silk Way Bank" I yarımilliyi mənfəətlə başa vurub

"Silk Way Bank" I yarımilliyi mənfəətlə başa vurub Xalis faiz mənfəəti 5,6 mln. manat, qeyri-faiz mənfəəti 1,3 mln. manat təşkil edib
Maliyyə
31 İyul , 2015 15:29
Silk Way Bank I yarımilliyi mənfəətlə başa vurub

Bakı. 31 iyul. REPORT.AZ/ "Silk Way Bank" ASC cari ilin birinci yarısını 2,0 mln. manat mənfəətlə yekunlaşdırıb. Hesabat dövründə bankın xalis faiz mənfəəti 5,6 mln. manat, qeyri-faiz mənfəəti 1,3 mln. manat təşkil edib. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar isə 4,8 mln. manatdan çox olub.

"Report"un banka istinadən verdiyi xəbərə görə, bank bu müddətdə 17,7 mln. manat gəlir əldə edib ki, bunun da 11,4 mln. manatı faiz gəlirlərinin payına düşüb. Xərclərə gəldikdə isə cəmi xərclər 10,9 mln. manat olub və bunun 5,8 mln. manatı faiz xərclərinin payına düşüb.

Hesabata əsasən, cari ilin iyulun 1-nə bankın aktivləri 293,3 mln. manat, kredit portfeli 239,4 mln. manat, depozit portfeli 101,8 mln. manat, nizamnamə kapitalı 99,2 mln. manat olub. Bildirək ki, kredit portfelinin 55,1%-i və ya 131,9 mln. manatı, depozit portfelinin isə 81,7%-i xarici valyutadadır. 

Son xəbərlər

Orphus sistemi