Sığortaçıların növbəti imtahanı gələn həftə olacaq

Sığortaçıların növbəti imtahanı gələn həftə olacaq Rəhbər işçi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər imtahan verəcək
Maliyyə
26 Fevral , 2016 19:21
Sığortaçıların növbəti imtahanı gələn həftə olacaq

Bakı. 26 fevral. REPORT.AZ/ Sığortaçılarda rəhbər işçi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün 2 mart tarixdə növbəti test imtahanı keçiriləcək.

"Report"un verdiyi xəbərə görə, imtahan üçün sənədləri Dövlət Sığorta Nəzarəti Xidmətinə (DSNX) tam olaraq təqdim olunmuş şəxslər 1 mart saat 12:00-dək [email protected] e-mail vasitəsi ilə əlaqə saxlayaraq adı, soyadı, atasının adı, vasitəçilik fəaliyyətnin növü və ya şəxsin təyin olunmalı olduğu vəzifənin və cəmiyyətin adı tam göstərilməklə imtahanda iştirak edəcəklərini təsdiq etməlidirlər.

Qeyd edək ki, imtahan “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları”na uyğun olaraq keçirilir.

Son xəbərlər

Orphus sistemi