Sığorta vasitəçiliyi üçün attestasiyanın tarixi yenilənib

Sığorta vasitəçiliyi üçün attestasiyanın tarixi yenilənib Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası məlumat yayıb
Maliyyə
17 Mart , 2017 14:47
Sığorta vasitəçiliyi üçün attestasiyanın tarixi yenilənib

Bakı. 17 mart. REPORT.AZ/ Martın 13-dən sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyanın alınması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) keçirilən attestasiyanın tarixi yenilənib.

Palatadan “Report”a verilən məlumata görə, namizədlər marıtn 17-dən 31-nə qədər davam edəcək attestasiyanın yenilənmiş tarixi və vaxtı barədə məlumatı qurumdan əldə edə bilərlər.

Qeyd edək ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndi ilə tanzimlənən attestasiyada ümumilikdə 173 nəfər iştirak edəcək. Attestasiyada iştirak etmək üçün şəxsiyyət vəsiqəsinin təqdim edilməsi tələb olunur.

Son xəbərlər

Orphus sistemi