Səudiyyə Ərəbistanının dövlət büdcəsinin kəsiri 50 milyard dollara çatıb

Səudiyyə Ərəbistanının dövlət büdcəsinin kəsiri 50 milyard dollara çatıb Bu ilin yanvar-sentyabr aylarında Səudiyyə Ərəbistanının dövlət büdcəsinin gəlirləri 144,4 milyard ABŞ dolları, xərcləri isə 193,6 milyard ABŞ dolları təşkil edib.
Maliyyə
29 Oktyabr , 2020 10:04
Səudiyyə Ərəbistanının dövlət büdcəsinin kəsiri 50 milyard dollara çatıb

Bu ilin yanvar-sentyabr aylarında Səudiyyə Ərəbistanının dövlət büdcəsinin gəlirləri 144,4 milyard ABŞ dolları, xərcləri isə 193,6 milyard ABŞ dolları təşkil edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 24% və 3% azdır.

Son nəticədə büdcədə 49,2 milyard dollar kəsir yaranıb.

Səudiyyə Ərəbistanında büdcə gəlirlərinin azalması əsasən koronavirus (COVID-19) pandemiyasının təsiri ilə izah olunur. Belə ki, pandemiya ilə əlaqədar dünya bazarında neftin ucuzlaşması ölkənin neft gəlirlərini 33%, tətbiq edilən məhdudiyyətlər isə qeyri-neft gəlirlərini isə 5% azaldıb.

Səudiyyə Ərəbistanının dövlət borcu da artmaqdadır. Bu rəqəm ilin əvvəlindən bəri 25% artaraq 226,1 milyard dollara çatıb.

Son xəbərlər

Orphus sistemi