Səudiyyə Ərəbistanı maliyyə itkilərinin əvəzini çıxmaq yollarını axtarır

Səudiyyə Ərəbistanı maliyyə itkilərinin əvəzini çıxmaq yollarını axtarır Səudiyyə Ərəbistanı hökuməti dünya bazarında neftin kəskin ucuzlaşması nəticəsində məruz qaldıqları böyük maliyyə itkilərinin əvəzini çıxmaq üçün müxtəlif variantları araşdırır.
Maliyyə
231
24 İyul , 2020 14:58
Səudiyyə Ərəbistanı maliyyə itkilərinin əvəzini çıxmaq yollarını axtarır

Səudiyyə Ərəbistanı hökuməti dünya bazarında neftin kəskin ucuzlaşması nəticəsində məruz qaldıqları böyük maliyyə itkilərinin əvəzini çıxmaq üçün müxtəlif variantları araşdırır.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu məqsədlə ayrı-ayrı sahələrin özəlləşdirilməsi, habelə gəlir vergisinin tətbiqi kimi addımlar düşünülür.

Belə ki, çərşənbə günü keçirilən onlayn forum zamanı maliyyə naziri Məhəmməd əl Cadaan qarşıdakı 4-5 il ərzində təhsil, səhiyyə, su təchizatı sahələrində özəlləşdirmə aparmaqla 50 milyard rial (13,3 milyard ABŞ dolları) vəsait cəlb etməyi nəzərdə tutduqlarını bildirib. Bundan əlavə, gəlir vergisinin də tətbiq edilə biləcəyi qeyd olunub.

Lakin daha sonra SPA xəbər verdi ki, hökumətdə adı çəkilməyən bir mənbənin dediyinə görə, hazırda gəlir vergisinin tətbiqi nəzərdə tutulmur.

İMF-nin proqnozuna görə, bu il Səudiyyə Ərəbistanı iqtisadiyyatında 6,8 faizlik azalma gözlənilir.

Orphus sistemi