Səudiyyə Ərəbistanı borc almağa hazırlaşır

Səudiyyə Ərəbistanı borc almağa hazırlaşır "Saudi Aramco"nun səhmlərini satışı da gündəmdədir
Maliyyə
2 Fevral , 2016 18:36
Səudiyyə Ərəbistanı borc almağa hazırlaşır

Bakı. 2 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanı cari ildə büdcə kəsirinin örtülməsi üçün ilk dəfə olaraq beynəlxalq maliyyə bazarlarından 87 mlrd. dollar həcmində borc almağa hazırlaşır. "Report"un "Financial Times"a istinadən verdiyi xəbərə görə, analitiklər hesab edirlər ki, ilk mərhələdə borclanma 5 mlrd. dollar təşkil edəcək.

Qəzet xəbər verir ki, Səudiyyə Ərəbistanının gəlirlərinin 73%-i neft satışından əldə olunur. Neft qiymətlərinin kəskin düşməsi isə büdcənin balanslaşdırılmasında çətinliklər yaradıb. Ərəbistan höküməti nəinki büdcə xərclərini azaldıb, hətta bununla yanaşı, xaricdən borc vəsaiti cəlb etmək qərarına gəlib. Qeyd edək ki, artıq beynəlxalq banklar borclanma prosesində anderraytinq xidməti göstərmək üçün mübarizəyə başlayıb. Ekspertlərin fikrincə, borclanma prosesindən sonra Yaxın Şərqdə ilk borc bazarı bazası yarana bilər.

Keçən il, 2007-ci ildən bəri ilk dəfə olaraq Səudiyyə hökuməti daxili bazarda istiqraz satıb. Satışın həcmi 15 mlrd. rial və ya 4 mlrd. dollar təşkil edib. Hökumət rəsmiləri bəyan ediblər ki, 2020-ci ildə büdcə kəsiri ÜDM-in 50%-nə çata bilər. 2014-cü ildə isə büdcə kəsiri 11,7 mlrd. dollar və ya ÜDM-in 1,6%-nə bərabər olub. Hazırda Səudiyyə Ərəbistanının valyuta ehtiyatları 640 mlrd. dollar təşkil edir və 2015-ci il ərzində 97 mlrd. dollar və ya 13,2% azalıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı xarici borcla bərabər, dövlətə məxsus olan "Saudi Aramco" neft şirkətinin səhmlərinin bir hissəsini də satışa çıxarmağı düşünür. "BNP Paribas"ın analitiki Endryu MakFarlanın fikrincə, hazırda şirkətin bazar dəyəri 2-3 trln. dollar cıvarındadır. Şirkətin səhmlərinin 5%-nin satışı belə ölkənin büdcə kəsirini il ərzində tam örtməyə kifayət edəcək.

Son xəbərlər

Orphus sistemi