Aprelin 10-u saat 15:00-da "Norm" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq səhmdar cəmiyyətinin Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi, Səngərqaya-1 yolu, 7-ci km, 1 ünvanında yerləşən zavodunda olacaq.
Yığıncağın gündəliyi açıqlanmayıb.
Xatırladaq ki, "Norm" 2006-cı ildə yaradılıb, ölkənin aparıcı sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 161,963 milyon manatdır.